top of page
  • Bəlkə arzuların var, amma reallaşdırmağa cəsarətin və ya imkanların yoxdur...
  • Bəlkə də ideal sayılacaq həyatın var - ailən, pulun, dostların... Fatma xala deyərdi "adama başqa nə lazımdı?!", amma özünü natamam hiss edirsən...
  • Bəlkə həyatında köklü dəyişiklik etməsən uçuruma gedəcəyini bilirsən...
  • Bəlkə də uçurumdasan və çıxmaq üçün köməyə ehtiyacın var...
Bu hisslərin hamısını yaşamışam və bir şeyi öyrənmişəm: Mənfi hisslər ruhumuzun dəyişikliyə çağırışıdır. Bu səsi dinlə! Bu səsdən gözəl dəyişikliklər etmək üçün istifadə et.
noa_green_photo_0098_edited.jpg

Adım Şəbnəmdir. 9 il əvvəl anamı itirəndən 1 ay sonra TED çıxış edəndə də, 7 il əvvəl Hello Kişi bloqunu yaradanda da məqsədim insanlara kömək etmək olub. Ürəkdən inanıram ki, keçmişimizin necə olmağından asılı olmayaraq gələcək öz əlimizdədir. Bu qeyri-adi gələcəyi qurmaq üçün insanların bəzən ehmalca ruhlandırılmağa, ya istiqamətləndirilməyə, ya da özərinə inanmaqlarına ehtiyac var. Bu proqramda 1-ci pozitivlik, xoşbəxtlik, enerji üzərində işləyəcəyik ki, ruhumuz düzgün istiqamətdə olsun. 2-ci beynimizi və ruhumuzu qorxular, kin, neqativ enerjidən təmizləyəcəyik.  3-cü isə praktik mövzulardan danışacağıq - sevgi, dostluqlar, biznes yaratmaq, iş tapmaq, adətlər və sonda isə həyatda nə etmək istədiyimizi dərk etməyə cəhd edəcəyik. Dəyişiklik mümkündür! Əgər dəyişikliyə ehtiyacın varsa və ona görə burdasansa bu yolda SƏNİN əlindən tutub nələrə qadir olduğunu göstərməkdən qürur duyaram!

About Me

Yeni Sən proqramı kömək edəcək ki:

  • Özünə şübhə etməyi dayandırasan və özünə güvənəsən

  • Super güclərini kəşf edib özünün ən yaxşı versiyan olasan

  • Həyat missiyanı tapasan və ya arzularını reallaşdırmaq üçün növbəti addımı atmağa cəsarətlənəsən

  • İnsanlarla asanlıqla münasibət qura biləsən və ətrafını səni ruhlandıran dostlarla əhatə edəsən

  • Keçmiş və gələcəkdən narahat yox, indiki zamanda həyatdan zövq alan birisi olasan

  • Minnətdarlıq, sevgi, bolluq və xoşbəxtlik dolu həyat yaşayasan

overcome-life-challenges.jpg
Services
34641-62712-000-lead-D2-Steve-Jobs-xl.jp

Bu dünyada vaxtın limitlidir. Ömrünü başqasının həyatını yaşamaqla puç etmə... 

Steve Jobs

Let's Talk

Yeni SƏN proqramına daxildir:

  • Şəbnəmin 14 videosu və yeni SƏN olmaq üçün 14 məşğələ

  • Enerjimizi dərk etmək - ola biləcəyimiz ən yüksək enerji dalğasına qalxmaq, arzuladığımız həyatı yaşamaq

  • Özümüzü necə görürük? Bizi limitləndirən inanclarımız və qorxularımıza qalib gəlmək

  • Sən bu dünyada nə edirsən? Həyat missiyamızı/bizi xoşbəxt edən yolu tapmaq

  • Minnətdar olmaq və indiki zamanda yaşamaq

  • Bağışlamaq və bizi xoşbəxt edən sevgi münasibətləri qurmaq

  • Özünü səni ruhlandıran çevrə ilə əhatələmək və insanlarla dərin dostluqlar qurmaq

  • Arzudan və missiyadan hərəkətə keçmək - qeyri-adi həyat yaşamaq

  • Bütün iştirakçılardan ibarət "qəbilə" - bu dəyişiklik yolunu birlikdə addımlayacağın yeni dostlar, çoxlu dəstək, ruhlandırma və pozitivlik

bottom of page